Messi karyerası ilə bağlı qərarını verdi

Argentina millisinin və ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi gələcəyi ilə bağlı qərarını verib.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu komandası ilə müqaviləsinin müddətini uzadacaq. Təcrübəli futbolçu daha bir il Mayami klubunun formasını geyinmək niyyətindədir.

Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir.