Messi oynasa da, komandası məğlub oldu

Lionel Messinin komandası "İnter Mayami" MLS-də növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, Mayami komandası səfərdə "Şarlott"la qarşılaşıb. Gərgin mübarizə ilə keçən matçda meydan sahibləri yeganə qolla qələbə qazanıblar.

Kervin Varqas "İnter Mayami"ni məyus edib.

Qeyd edək ki, Lionel Messi bütün oyunu meydanda keçirib. Onun komandası 34 xalla son pillədə qərarlaşıb.