Messi Qvardiolanın etdiklərini "inanılmaz" adlandırıb

Superulduz Lionel Messi bir vaxtlar çıxış etdiyi "Barselona"nın baş məşqçisi Pep Qvardioladan danışıb.

Sprotline.az "Marca"ya istinadla xəbər verir ki, "İnter Mayami"nin hücumçusu mütəxəssisin futbol üçün etdiklərini inanılmaz hesab edir.

“Xosepin futbolda etdikləri inanılmazdır. O, futbolu dəyişdi, amma təkcə İspaniyada deyil, Avropada və dünyada da... O, hətta futbola zərər də vurdu - çünki indi həddən artıq çox insan öz yolunu və üslubunu inkişaf etdirmək əvəzinə onu təqlid etməyə çalışır"- deyə Messi bildirib.