Messi Ronaldonu qabaqladı

İspaniya La Liqasının lideri “Barselona”nın hücumçusu Lionel Messi ölkə çempionatında standart vəziyyətlərdə vurduğu qolların sayına görə Kriştiano Ronaldonu qabaqlayıb.

Sportline.az xəbər verir ki, argentinalı futbolçu La Liqanın 30-cu turu çərçivəsində “Vilyareal”la (4:4) görüşün 90-cı dəqiqəsində cərimə zərbəsindən qol vurub. Messi bununla da standart vəziyyətdə vurduğu qolların sayını 81-ə (29-u cərimə zərbəsi, 52-i penalti) çatdırıb.

Bu nəticə ilə Messi “Real”ın sabiq üzvü Kriştiano Ronaldonu (80 qol - 19 cərimə zərbəsi, 61 penalti) geridə qoyub. Cari mövsümdə Lionel Messi 50 cərimə zərbəsi cəhdindən 7-i dəqiq yerinə yetirib. Kriştiano Ronaldo isə 23 cəhdin heç birində fərqlənməyib.

Qeyd edək ki, argentinalı hücumçu La Liqada “Barselona”nın heyətində keçirdiyi 446 görüşdə 415 dəfə fərqlənib və 238 məhsuldar ötürmə ilə yadda qalıb.