Messi son oyuna çıxacaq

Messi MLS-in bumövsümkü son matçında meydana çıxacaq.

Sportline.az xəbər verir ki, bu haqda ESPN-ə açıqlamasında "İnter Mayami"nin məşqçisi Xavyer Morales məlumat verib.

Məşqçi bildirib ki, Messinin heyətdə olması komanda üçün əlavə motivasiyadır.

Qeyd edək ki, "İnter Mayami" son qarşılaşmada "Şarlot"la üz-üzə gələcək. 

Oktyabrın 22-də keçiriləcək oyun Bakı vaxtı ilə 02:00-da başlanacaq.