Messi yeni müqaviləyə hazırlaşır

"Barselona" Leionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu argentinalı hücumçunun sözləşməsini 2023-cü ilədək uzatmaq niyyətindədir. Messi yeni müqaviləni qəbul edərsə,  illik qazancı 50 milyon avro olacaq.

Qeyd edək ki, L.Messinin "Barselona" ilə hazırkı sözləşməsi 2021-ci ilin yayına qədərdir.