Messi, yoxsa Ronaldo?
Bosniya və Herseqovina millisinin futbolçusu Miralem Pyaniç Lionel Messi və Kriştiano Ronaldo barədə danışıb.
Sportline.az "Sportmediaset"ə istinadla xəbər verir ki, yarımmüdafiəçi onlar arasında seçim etməyin çətin olduğunu bildirib.
“Hansının daha yaxşı olduğunu seçmək çətindir. Hər ikisi ilə oynamaq mənə qismət oldu. Onların hər ikisi bütün zamanların ən böyük futbolçularıdır və gənc nəsillər üçün nümunədir”, - deyə Pyaniç bildirib.