Messidən həsrət dolu sözlər

Dünyanın futbol ulduzu Leo Messi ("İnter Mayami") "Barselona"da oynadığı zamanlardan danışıb.

Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Messi sevimli klubundan həsrət dolu söz açıb:

"Barsa" oyunçusu kimi sən heç vaxt ikinci yerlə və ya qələbələrin olmaması ilə razılaşa bilməzsən, çünki azarkeşlər səndən maksimumu tələb edirlər. Dünyanın ən yaxşı klubu olmaq çox məsuliyyətlidir. Mən "Barsa"nın yenidən La Liqa, Kubok və Çempionlar Liqasını qazanmasını istərdim. Bu alınmayan illərdə isə ən azından son ana qədər mübarizə aparmalıdırlar".

Qeyd edək ki, L.Messi 2004-2021- ci illər ərzində "Barselona"nın şərəfini qoruyub.