Messidən Qvardyola haqqında maraqlı açıqlama

"İnter Mayami"nin hücumçusu Lionel Messi Xosep Qvardyolanın futbola təsirindən söz açıb.

Sportline.az xəbər verir ki, argentinalı ulduz ispan mütəxəssisin heç kimə bənzəmədiyini vurğulayıb.

"Qvardyola bənzərsizdir. Onun heç kimin görə bilmədiyini görmək bacarığı var. Qvardyola futbolu dəyişdi. Bununla da özü də istəmədən futbola zərər yetirdi. Çünki hamı bunu necə etməli olduğunu bilmədən bizim kimi oynamağa çalışdı. Amma bizdə Xavi, İnyesta, Buskets kimi yarımmüdafiəçilər və Qvardyola kimi məşçqi vardı...", - deyə Messi "Barselona"da oynadığı dönəmi xatırladıb.

Qeyd edək ki, Xosep Qvardyola 2008-2012-ci illərdə "Barselona" ilə 14 titul qazanmışdı.