Messinin forma kolleksiyası hərracda: 10 milyon dollara...

Ulduz futbolçu Lionel Messinin 2022-ci il dünya çempionatında geyindiyi formalardan ibarət kolleksiya hərraca çıxarılacaq.

Sportline.az "Daily Mail"ə istinadla bildirir ki, argentinalı forvardın mundialda geyindiyi formalar ümumilikdə ən azı 10 milyon dollara olacaq.

Messinin kolleksiyasında argentinalının Fransa ilə finalda geyindiyi də daxil olmaqla 6 forması olacaq.

Bu hərracın idman aləmi üçün rekord məbləğ olacağı gözlənilir.