Meynonun transfer qiyməti açıqlanıb

"Mançester Yunayted" ingiltərəli futbolçusu Kobi Meynonun transfer qiymətini açıqlayıb.

Sportline.az jurnalist Stiven Reilstonun məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu Meyno üçün 70 milyon avro tələb edir.

19 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 25 matçda 1 qol və 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Meynonun "Mançester Yunayted"lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Ruben Amorim oyunçunun klubda qalmasını istəyir.