Meyson Qrinvudun "Xetafe"dəki gələcəyinə aydınlıq gətirilib
İspaniyanın "Xetafe" kulubu ingiltərəli futbolçu Meyson Qrinvudu birdəfəlik heyətinə qatmaq qərarına gəlib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Mançester Yunayted" rəsmən Meyson Qrinvudun satışa çıxarıldığını açıqladıqdan sonra "Xetafe" klubu icarə əsasında çıxış edən futbolçunu birdəfəlik transfer etmək qəraraına gəliblər.
Klub prezidenti Kadena Ser Meyson Qrinvudun performansından razı qaldığını bildirib.
Qeyd edək ki, Meyson Qrinvud "Xetafe" forması ilə çıxdığı 14 oyunda 4 qol, 3 asistlə yadda qalıb.