Mikel Artetadan üzücü açıqlama
"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın iki futbolçusunun durumuna aydınlıq gətirib.
Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Rikkardo Kalafyori ilə bağlı narahatlığını gizlətməyib: "Təəssüf ki, Rikardo millinin düşərgəsindən zədəli qayıdıb. Ən yaxşı halda bir neçə həftə bizə qoşula bilməyəcək. Müalicənin gedişindən çox şey aslıdır".
Yurrien Timberə gəldikdə isə Arteta daha nikbin ifadələr səsləndirib: "Yurrien uzun müddət ağır xəstəlik keçirdi. Son günlər özünü yaxşı hiss edir. Tezliklə sıraya dönəcəyinə ümid edirik".
Qeyd edək ki, Rikardo Kalafyori Millətlər Liqasının 1/4 finalının İtaliya - Almaniya görüşündə (1-2) dizindən zədələnmişdi