"Milan" ilkə imza atdı

"Milan" qəribə statistika ilə tarixə düşüb.

Sportline.az "Opta"ya istinadla xəbər verir ki, İtaliya klubu tarixində ilk dəfə meydana italyan oyunçusuz çıxıb.

"Milan"ın Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun PSJ-yə qarşı matçında ilk onbirlikdə 4 fransız, 2 amerikalı, 1 alman, 1 ingilis, 9 bosniyalı, 1 holland və 1 portuqaliyalı futbolçu var.