"Milan"ın futbolçuları koronavirusa yoluxub

İtaliyanın “Milan” klubunun bir neçə futbolçusu koronavirusa yoluxub.

Sportline.az xəbər verir ki, bu haqda, klub prezidenti Paolo Skaroni məlumat yayıb. 

Onun sözlərinə görə, həmin futbolçular hazırda onlar karantin rejimində müalicə olunurlar. Digər oyunçular isə klubun bazasında məşqləri bərpa ediblər.

Klub prezidenti koronavirusa yoluxan oyunçuların adlarını açıqlamayıb. 

Xatırladaq ki, daha öncə İtaliya mətbuatı “Milan” klubunda üç nəfərin koronavirusa yoluxduğunu yazıb.