"Milan"ın futbolçusu Hakan Çalhanoğlunu tənqid edib

"Milan"nın 25 yaşlı əlcəzairli futbolçusu İsmail Bennaser Hakan Çalhanoğlunun "İnter"ə keçidini tənqid edib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, futbolçu açıqlamasında " Demirəm ki, sonsuzadək "Milan"da qalacağam, amma əsla "İnter" forması geyinməyəcəyəm. Hakan Çalhanoğlu "İnter"ə transfer olduğu zaman çox təəcübləndim. Məncə Hakan futbolçu menatlitetindən uzaqdır", - deyib.

Qeyd edək ki, Hakan Çalhanoğlu İsmail Bennaserin tənqidinə cavab verməyin uşaqlıq olduğunu bildirib.