Milli komanda mübarizəyə başlayır
19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, komandamız Sloveniyanın "Podçetrtek" idman sarayında Kipr futzalçıları ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 22:45-də başlanacaq oyunu Marko Rothenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan) və Damian Jaruchievicdən (Polşa) ibarət hakimlər briqadası idarə edəcək.
Avropa çempionatının əsas mərhələsi
II qrup, I tur
22:45. Azərbaycan - Kipr
Hakimlər: Marko Rotenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan), Damian Yaruçevis (Polşa)
Podçetrtek İdman Sarayı, Sloveniya