Milli komandamız son görüşə çıxır

19 yaşadək futzalçılardan ibarət milli komanda, Avropa çempionatının əsas mərhələsində bu gün son oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, komandamız son sınağında Sloveniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qrupun digər oyununda isə Hollandiya və Kipr milliləri üz-üzə gələcəklər.

Qeyd edək ki, seçməmiz qrupdakı ilk oyunda Kiprə 1:7, Hollandiyaya isə 1:6 hesabı ilə uduzub.


30 mart

21:00. Azərbaycan - Sloveniya
Hakimlər:
 DamianYaruçevits (Polşa), İvo Tsenov (Bolqarıstan), Marko Rothenflu (İsveçrə)
Podçetrtek İdman Sarayı