Milli komandamızın üzvü klubunu dəyişir

Milli komandamızın üzvü Eddi İsrafilov İspaniyanın “Alkorkon” klubunun əsas heyətindən kənarlaşdırılıb.

Sportline.az xəbər verir ki, yeni baş məşqç Fren Fernandes İsrafilovun adını Marbelyadakı təlim-məşq toplanışı üçün nəzərdə tutulan 23 nəfərlik heyətə salmayıb.

Eddi ilə İspaniya Sequndasının digər təmsilçisi "Albasete”nin yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, Eddi İsrafilovun "Alkorkon"la 2020-ci ilin iyulunadək müqaviləsi var.