"Millidə əsas Ter-Ştegendir"
Zədəli olduğu üçün yalnız 10 aydan sonra meydana çıxan "Bavariya"nın qapıçısı Manuel Noyer açıqlaması ilə diqqət çəkib.
Sportline.az "Kicker"ə istinadla xəbər verir ki, o, Almaniya millisində artıq "bir nömrəli" olmadığı haqda danışıb.
“Düşünürəm ki, indi Ter-Ştegen milli komandada mütləq "bir nömrə"dir, lakin bu mövzu mənim üçün hazırda aktual deyil. Meydana qayıtdığım üçün şadam və hər şey çox yaxşı keçdi. Nagelsmannla danışdım, o, mənə ən yaxşısını arzuladı. Mən yaxşıyam və nəzarət altındayam, qarşıdakı matçları səbirsizliklə gözləyirəm. Bu, sadəcə bir geridönüş idi, amma ümidvericidir”, - deyə Noyer bildirib.