Millidən şok xəbər: 2 il futbol oynmayacaq
Argentina millisinin üzvü Papu Qomez barədə şok qərar verilib.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, "Montsa"nın futbolçusunun ağır cəzası açıqlanıb. O, dopinq qəbul etdiyi üçün iki il müddətinə futboldan kənarlaşdırılıb.
Qomez 2022-ci ilin noyabrında dünya çempionatının başlamasına bir neçə gün qalmış özünü piss hiss edib. Bu səbəbdən uşaqlarından öskürək siropu içib. Bu sirop qadağan olunmuş maddə hesab olunduğu üçün futbolçuya cəza verilib.