Millimiz 4 yoxlama matçı keçirəcək
Aprelin 8-i və 9-da Bakıda, 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq futzal üzrə Azərbaycan milli komandası 4 yoldaşlıq oyunu keçirəcək.
Sportlin.az xəbər verir ki, komandamız hazırlıq prosesində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya millisi ilə qarşılaşacaq.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.