Millimiz bu gün elit raunda yüksələ bilər
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv 11-ci qrupdakı sonuncu matçında Lüksemburq ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qrupun digər görüşündə Niderland Bosniya və Herseqovinanı sınağa çəkəcək. Bu duel də eyni saatda olacaq.
U-19 yığmamız qələbə qazanacağı təqdirdə, elit-raunda vəsiqə qazana bilər. Bunun üçün Bosniya və Herseqovinanın məğlub olması lazımdır.
Bosniyalıların millimizlə xalları bərabər olacağı təqdirdə, ilk olaraq top fərqinə, daha sonra isə vurulan toplara baxılacaq.
AVRO-2024, seçmə mərhələ
21:00. Lüksemburq - Azərbaycan
21:00. Bosniya və Herseqovina - Niderland
Xal durumu: Niderland - 6, Bosniya və Herseqovina - 4, Azərbaycan - 1, Lüksemburq - 0.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə qolsuz heç-heçə edən Azərbaycan millisi Niderlanda 1:2 hesabı ilə uduzub.