Millimiz Şimali İrlandiyaya qarşı bu heyətlə oynayacaq

DÇ-2018-in təsnifat mərhələsində Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisinin start heyəti müəyyənləşib.

SportLine.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki keçirdiyi mətbuat konfransında ilk "11-liy"i müəyyənləşdirdiyini deyib. Heyətdə bu futbolçular yer alıb:

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Bədavi Hüseynov, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov, Ruslan Qurbanov.

Xatırladaq ki, Şimali İrlandiya - Azərbaycan görüşünün start fiti sabah Bakı vaxtı ilə 23:45-də səslənəcək.