Millimizdən heç-heçə

19 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Sportline.az xəbər verir ki, komanda sonuncu matçda Moldova ilə üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə başa çatıb.

 U-19 daha əvvəl Sloveniyaya 0:9, Kosovoya 0:3 hesabı ilə uduzub. 

Yekunda Sloveniya 9, Kosovo 6, Moldova və Azərbaycan hərəyə 1 xal qazanıb.