Millimizdən 10:1 hesablı qələbə
Futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tino Peresin yetirmələri ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət komanda ilə qarşılaşıb.
Dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan seçməmiz bu görüşdə böyük hesabla qalib gəlib – 10:1. Millimizin 3 üzvü - Edu, Auqusto və Rafael matçda dubla imza atıb. Vitali Borisov, Amadeu, Andre de Kampos və Ramiz Çovdarov hərəyə 1 dəfə fərqlənib.