Millimizdən ardıcıl 3-cü böyük hesablı məğlubiyyət

19 yaşadək futzalçıların Avropa çempionatında əsas mərhələ başa çatıb. Sportline.az xəbər verir ki, 2-ci qrupda mübarizə aparan Azərbaycan millisi sonuncu görüşündə də məğlub olub.

Sloveniya millisi ilə qarşılaşan komandamız 1:9 hesabı ilə yenilib. İlk iki qarşılaşmada Kipr (1:7) və Hollandiya (1:6) seçməsi ilə də bacara bilməyən Ağatahir Əzimovun futzalçıları qrupu sonuncu bitiriblər.

Qrupun lideri Hollandiya komandası Kipr üzərində 4:1 hesablı qələbə qazanaraq final mərhələsinə yüksəlib.