Millimizin oyunçusu oynadı, komandası "Qalatasaray"a uduzdu

Azərbaycan millisinin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" Türkiyə Superliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Qalatasaray" olub. 

İstanbulda keçirilən matça start heyətində başlayan D.Yılmaz sonadək mübarizə aparıb. 

Qarşılaşmaya gəlincə, oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.