Millimizin toplanışı üçün 14 futzalçı çağırılıb
Futzal üzrə Azərbaycan millisi aprelin 8-dən 9-dək Bakıda, 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq.
Sportline.az xəbər verir ki, toplanış üçün komandamızın heyəti müəyyənləşib. Baş məşqçi Joze Alesio da Silva hazırlıq prosesi üçün 14 futzalçını dəvət edib.
Qeyd edək ki, Azərbaycan millisi toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya seçməsi ilə yoldaşlıq oyunu keçirəcək.
№ |
AD, SOYAD |
KLUB |
1 |
Rizvan Fərzəliyev |
Araz |
2 |
Vitali Borisov |
Neftçi |
3 |
Fərid Atakişiyev |
EKOL |
4 |
Namiq Məmmədkərimov |
EKOL |
5 |
Rövşən Hüseynli |
Araz |
6 |
Oktay Rüstəmli |
Araz |
7 |
Nihad İsmayılov |
Araz |
8 |
Samir Həmzəyev |
EKOL |
9 |
Xətai Bağırov |
Araz |
10 |
Cesar De Angelis Zhonatan Luiz |
Jetısu (Qazaxıstan) |
11 |
Teles Martins Thiago |
Norilskiy Nikel (Rusiya) |
12 |
Everton Kardoso |
Levante (İspaniya) |
13 |
Fineo De Araujo |
İPC Pelindo (İndoneziya) |
14 |
Emin Kürdov |
EKOL |