Millimizin üzvü Bolqarıstanda "fərqləndi"
Bolqarıstan çempionatında 15-ci turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun komandası “Arda” səfərdə Sofiya SSKA-sı ilə qarşılaşıb. Oyunda qol vurulmayıb..
Cəlal da bu matçın iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb, 90+2-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, “Arda” hazırda 24 xalla 6-cı pillədə qərarlaşıb.