Millimizin üzvü İspaniyada baxışdadır

Azərbaycanın gənclərdən ibarət basketbol yığmasının üzvü İspaniyada baxışdadır.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən Sportline.az saytına verilən məlumata görə, qurumun dəstəyi ilə gənclərdən ibarət yığma komandanın üzvü Hüseyn Qaflanov İspaniyanın "Valensiya Basket" klubunda yoxlanışdadır.

İspanyalı seleksionerlərin diqqətini cəlb edən 14 yaşlı, 2.06 m boya malik olan yeniyetmə Hüseyn hazırda klubun təlim-məşq toplanışında iştirak edir.