Millimizin üzvü İspaniyada "fərqləndi"

İspaniya 2-ci liqasında 6-cı turun oyunları keçirilib.
 
Sportline.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Hueska” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

İsrafilov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin üzvü 32-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
Qeyd edək ki, “Albasete” hazırda 9 xalla 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.