Millimizin üzvü Tayland çempionatında
Futzal üzrə ölkə çempionu "Araz” hücumçusu Xətai Bağırovla vidalaşıb.
Sportline.az xəbər verir ki, milli komandamızın üzvü karyerasını ölkə xaricində davam etdirəcək.
Bu gün Taylanda yola düşən Bağırov "Sisaket” klubu ilə 6 aylıq müqavilə imzalayacaq.
Uğursuzluq zolağından çıxmaq niyyətində olan klub, Xətai Bağırovla bərabər braziliyalı futzalçılar da transfer edəcək.