Millimizin üzvü Türkiyə klubuna qoşulur
Millimizin hücumçusu Ramil Şeydayev yanvarın 17-də Türkiyənin “Kocaelispor” klubuna qoşulacaq.
Sportline.az xəbər verir ki, Tailandın “Buriram Yunayted” klubundan ayrılan 28 yaşlı forvard səhər saatlarında Kocaelidə olacaq.
O, tibbi müayinədən keçdikdən sonra TFF I Liqa təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq və kollektivlə ilk məşqinə çıxacaq. Şeydayevin sözləşmə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Ramil Şeydayev “Buriram Yunayted”in heyətində bütün turnirlərdə 16 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.
Qeyd edək ki, “Kocalispor” I Liqada 18 turdan sonra 33 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.