Millinin 32 yaşlı sabiq qapıçısı vəfat etdi

Zimbabve millisinin keçmiş qolkiperi Corc Çiqova ölüb.

Sportline.az Cənubi Afrika Respublikasının “SuperSport Yunayted” klubunun rəsmi saytına istinadla xəbər verir ki, 32 yaşlı qapıçı 3 il öncə "SuperSport Yunayted"ə qoşulub. Yayda qəfil infarkt keçirən oyunçu o vaxtdan meydana çıxmamışdı.

"The Sun"ın məlumatına görə, futbolçunun ölümünün səbəbi növbəi infarktdır.

Qeyd edək ki, mərhum qapıçı Zimbabve millisində 8 matça çıxmışdı.