Millinin baş məşqçisi Xviça barədə
Gürcüstan millisinin çalışdırıcısı Villi Sanol ulduz futbolçusu Xviça Kvaratsxeliyadan danışıb.
Sportline.az "Calci Omercato Sagnol"a istinadla xəbər verir ki, mütəxəssis yarımmüdafiəçi ilə Avropanın ən böyük komandalarının maraqlandığını bildirib.
“Kvaratsxeliya top klub olan “Napoli”də oynayır, lakin onunla “Barselona”, “Real Madrid”, “ Bavariya” kimi dünya nəhəngləri də maraqlanır. Belə komandalarda oynamaq hər kəsin arzusudur" - deyə Saniol bildirib.