Millinin futbolçusu "xərçəng"ə qalib gəldi
Avstriya millisinin müdafiəçisi Ştefan Laynerdən xoş xəbər var.
Sportline.az xəbər verir ki, Mönhenqladbax "Borussiya"sının futbolçusu xərçəng xəstəliyindən sağalıb. Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bu yay Laynerə limfoma diaqnozu qoyulmuşdu. Xərçəng xəstəliyi daha tez aşkar edildiyi üçün təcrübəli futbolçu dərmanla müalicə olunub və sağalıb.