Millinin hücumçusu ata oldu

Moskvanın "Dinamo" klubu və Rusiya millisinin forvardı Fyodor Smolov ata olub.

Sportline.az xəbər verir ki, 33 yaşlı hücumçu sosial şəbəkədə yeni doğulan qızı ilə fotosunu paylaşıb.

Smolov bir neçə ay öncə DJ və blogger Karina İstomina ilə evlənib.

Qeyd edək ki, Smolov ötən ildən "Dinamo"da çıxış edir.