Millinin məşçqisi futbolçunu təhdid və təhqir edib

AVRO-2024-ün seçmə mərhələsində Fransa 0:14 hesabı ilə uduzan Cəbəllütariq millisində qalmaqal baş verib.

Sportline.az "Gibraltar Sports News"a istinadla xəbər verir ki, komandanın çalışdırıcısı Julio Ribas təhdid və təhqirdə ittiham olunub. Avropa çempionatları tarixində ən böyük hesablı məğlubiyyəti alan komadanın futbolçusu bildirib ki, baş məşqçi milli üzvlərilə yola getmir.

“Bəzi oyunçuları Ribas davamlı olaraq təhdid edir. O, futbolçulara zəng edir və onlara milli komandaya dəvət olunmaq üçün müəyyən klublarla müqavilə bağlamağı məsləhət görür. Bəzi artıq çəkili futbolçulara isə onları milliyə seçməyəcəyini deyir” - deyə adı açıqlanmayan futbolçu "Gibraltar Sports News"a danışıb.