Millinin oyunlarında 1 dəqiqəlik sükut

İsrail millisinin Avropa çempionatının seçmə mərhələ oyunlarında bir dəqiqəlik sükut olacaq.

Sportline.az İsrail Futbol Assosiasiyasına istinadla xəbər verir ki, UEFA oktyabrın 7-də həlak olan israillilərin xatirəsinin yad olunması üçün İsveçrə (15 noyabr) və Rumıniya (18 noyabr) ilə matçların startından öncə bir dəqiqəlik sükut tələbini təmin edib.

UEFA-nın qərarına əsasən, hər iki matç neytral stadionda - Macarıstanda təşkil olunacaq.

Qeyd edək ki, Fələstin HƏMAS hərəkatı hərbi əməliyyatlar çərçivəsində oktyabrın 7-nə keçən gecə Qəzzadan İsraili raket atəşinə tutub.