Millinin oyununa 30 min bilet satılıb
Brüsseldə Belçika və Azərbaycan milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununa indiyədək satılan biletlərin sayı bəlli olub.
Sportline.az xəbər verir ki, oyun üçün 30 minə yaxın bilet satılıb.
Görüşün keçiriləcəyi “King Baudouin Stadium” 50 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək.
Noyabrın 19-da Brüsseldə keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir.
Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.