"Milan"ın sabiq baş məşqçisi onu fərqləndirdi

"İstedad qələbə gətirir. Leaunun istedadı göz qabağındadır, danışılası heç nə yoxdur. İnsanlar stadiona məhz ona baxmağa gəlirlər. Bütün digər oyunçular onunla müqayisədə darıxdırıcıdırlar".

Sportline.az "fcinter1908.it"ə istinadla xəbər verir ki, bunu "Milan"ın keçmiş çalışdırıcısı Fabio Kapello deyib. O, portuqaliyalı forvard Rafael Leaunu hamıdan fərqləndirib.

Qeyd edək ki, Rafael cari mövsüm ölkə çempionatında çıxdığı 8 oyunda 3 qol və 3 qol ötürməsilə yadda qalıb.