"Mirançukun şansı davam edir"
Mütəxəssis Franko Kamozzi rusiyalı futbolçu Aleksey Mirançuk barədə açıqlama verib.
Sportline.az "RB Sport"a istinadla xəbər verir ki, Kamozzi futbolçunun hələ də “Atalanta”da mövqe qazana biləcəyinə inandığını bildirib.
“Məncə, Aleksey Mirançukun hələ də “Atalanta”da möhkəmlənmək imkanı var. Onun İtaliyada karyerasına son qoymağa ehtiyac yoxdur. "Cenoa" ilə matçda əla oynadı və onu izləmək çox xoş idi. Hamı bilir ki, Aleksey keyfiyyətli futbolçudur. Əgər o, şanslarından ağıllı istifadə etsə, əminəm ki, o, İtaliyada uzun müddət oynaya biləcək”, - deyə Kamozzi bildirib.