Azərbaycan Premyer Liqasında 11-ci tur start götürür
Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə lider "Zirə" 3-cü yerdəki "Səbail"i qəbul edəcək. Bu görüş saat 16:00-da başlayacaq.
Daha sonra Premyer Liqada Qərb derbisi oynanılacaq. "Turan Tovuz" "Kəpəz"lə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, tura 29-30 oktyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.
28 oktyabr (şənbə)
16:00. “Zirə” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
Zirə İK stadionu
19:00. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı
Tovuz şəhər stadionu
29 oktyabr (bazar)
16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, Emin Əliyev
“Kapital Bank Arena”
18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Kamran Bayramov, Rauf Allahverdiyev
“Neftçi Arena”
30 oktyabr (bazar ertəsi)
19:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov
T.Bəhramov adına Respublika Stadionu
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Zirə | 10 | 6 | 2 | 2 | 9-5 | 20 |
| 2 | Qarabağ | 10 | 6 | 2 | 2 | 20-8 | 20 |
| 3 | Səbail | 10 | 5 | 2 | 3 | 17-15 | 17 |
| 4 | Araz-Naxçıvan | 10 | 5 | 2 | 3 | 13-10 | 17 |
| 5 | Neftçi | 10 | 4 | 3 | 3 | 11-9 | 15 |
| 6 | Sumqayıt | 10 | 4 | 2 | 4 | 10-13 | 14 |
| 7 | Turan Tovuz | 10 | 3 | 3 | 4 | 14-13 | 12 |
| 8 | Sabah | 10 | 2 | 4 | 4 | 14-14 | 10 |
| 9 | Qəbələ | 10 | 2 | 1 | 7 | 7-20 | 7 |
| 10 | Kəpəz | 10 | 1 | 3 | 6 | 5-13 | 6 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 7 qol
Aleksandr Ramalinqom ("Səbail") - 5 qol
Abdullah Zubir ("Qarabağ") - 3 qol
Orxan Əliyev ("Araz-Naxçıvan") - 3 qol
Martin Petkov ("Turan Tovuz") - 3 qol
Belajdi Pusi ("Turan Tovuz") - 3 qol
Osama Xalayla ("Qəbələ") - 3 qol
Yusif Nəbiyev ("Səbail") - 3 qol
Hamidu Keyta ("Qarabağ") - 3 qol
Qismət Alıyev ("Zirə") - 3 qol
Anatoli Nuriyev ("Sabah") - 3 qol
Yuri Matias ("Neftçi") - 3 qol