Mixael Şumaxerin bolidi bu qiymətə satıldı

"Ferrari"nin bolidi - F2001 hərracda 7 504 000 dollara satılıb. Sportline.az xəbər verir ki, bu bolidlə F1-in əfsanəsi Mixael Şumaxer 2001-ci ildə 9 mərhələnin qalibi adını qazanmışdı. Şumaxer 4-cü çempionluq tituluna da məhs bu bolidlə yiyələnmişdi.

Qeyd edək ki, Formula-1 tarixinin ən bahalı bolidi hələ də, "Mersedes"  W196 sayılır. 1954-cü ilin istehsalı 2013-cü ildə 29, 6 milyon dollara satılıb.