Mixael Şumaxerin xələfi adlandırıldı
"Ferrari"nin sabiq rəhbəri Jan Todt maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, o, La Stampa-ya açıqlamasında əfsanəvi Mixael Şumaxerdən söz açıb.
"Mixael özünü necə hiss edir? Bu şəxsi məsələdir. Sadəcə onu deyə bilərəm ki, o, mənim üçün çox dəyərlidir. Ona görə də, onun ailəsinə və şəxsi həyatına hörmətlə yanaşıram. 2000-ci ildə qazandığımız ilk titul unudulmazdır. Mixaellə podiumda yaşadığımız sevinc hiss idman karyeramda ən xoşbəxt anlar idi".
Todt həmçinin Şumaxerin xələfi qismində gördüyü pilotun adını da açıqlayıb.
O, Şarl Leklerin bu ada layiq olduğunu vurğulayıb.
Qeyd edək ki, Jan Todt 1993-cü ildən 2007-ci ilədək "Ferrari" komandasının rəhbəri olub.