Modriç əsas arzusunu dilə gətirib

"Real"ın xorvatiyalı futbolçusu Lika Modriç karyerası ilə bağlı sualları cavablandırıb.

Sportline.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi futbolla Kral klubunda vidalaşmaq istədiyini bir daha vurğulayıb.

"Karyeramı "Real"da bitirmək arzusundayam. Görək, necə olacaq...Bununla bağlı heç bir təzyiq hiss etmirəm", - deyə Modriç  "Telefoot"a müsahibəsində bildirib.

Qeyd edək ki, xorvat futbolçu 2012-ci ildən Madrid nəhənginin şərəfini qoruyur.

Onun klubla müqaviləsi bu ilin sonunda başa çatacaq.