Morata "Atletiko"da
Madrid "Atletiko"su qış transfer pəncərəsində heyətini gücləndirib. SportLine.az xəbər verir ki, La Liqa təmsilçisi Alvaro Moratanı heyətinə qatıb.
26 yaşlı hücumçu 2019/2020 mövsümünün sonuna kimi icarə əsasında "Atletiko"nun şərəfini qoruyacaq.
Məlumata görə, "Çelsi" bu müddət ərzində 7,5 milyon avro qazanacaq. Madrid təmsilçisi icarə müddəti bitdikdən sonra 40 milyon avro ödəməklə A.Moratanı birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2017-ci ildə "Real"dan "Çelsi"yə keçib.