Morqan Gibbs-Vayt üçün astronomik rəqəm

"Mançester Siti" "Nottingem Forest"in ingiltərəli futbolçusu Morqan Gibbs-Vayt üçün rəsmi təklif göndərib.

Sportline.az "Talk Sport"a istinadən xəbər verir ki, "Nottingem Forest"in rəhbərliyi Gibbs Vayt üçün 100 milyon avro tələb edir.

25 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 30 matçda 5 qol və 9 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Gibbs Vaytın "Nottingem"lə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.