Morqan Rocers Birmingem klubundan ayrıla bilər

"Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocers mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" Rocersin xidmətində maraqlıdır.

22 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Rocers cari mövsüm "Aston Villa"nın heyətində çıxış etdiyi 45 matçda 14 qol və 11 asistlə yadda qalıb.